AUT.AZ

Kvaratsxeliyanı “Milan”a məsləhət görüb – Məşhur həmyerlisi

“Milan”ın sabiq futbolçusu Kaxa Kaladze “rossonerilər”ə Xviça Kvaratsxeliyanı almağı məsləhət görüb.

Aut.az xəbər verir ki, bu barədə Kaladze özü məlumat verib:

“Bəli, mənim Xviçanı onlara məsləhət görmək imkanım oldu. “Milan”dan dedilər ki, bu məsələyə baxacaqlar, onu izləyirlər. Mən onları başa düşə bilərəm. Çempionlar Liqasında oynamayan futbolçu üçün belə məbləğ ödəmək çox çətindir”.

Xatırladaq ki, 21 yaşlı Xviça bu ilin iyulunda Batumi “Dinamo”sundan 10 milyon avroya “Napoli”yə keçib. Bu mövsüm o, İtaliya klubunun heyətində bütün turnirlərdə 17 oyuna çıxıb, 8 qol vurub və 10 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version