AUT.AZ

İştahası pis deyil – “Real”, “Barsa”…

Sport Themen der Woche KW30 Sport Bilder des Tages Db Udine 29/07/2022 - amichevole / Udinese-Chelsea / foto Daniele Buffa/Image nella foto: Thomas Tuchel PUBLICATIONxNOTxINxITA

Tomas Tuxel yeni iş yeri ilə bağlı planlar qurur. Aut.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Tuxel nəhəng klublardan birini çalışdırmaq istəyir. O, “Real”, “Barselona” və ya “Yuventus”da işləmək niyyətindədir.

Bununla belə, Tuxel anlayır ki, bu komandaların heç biri yaxın gələcəkdə məşqçini dəyişməyi planlaşdırmır.

Məlumata görə, Tuxelin namizədliyi bu yaxınlarda “Atletiko”da müzakirə olunub. Lakin Madrid klubu hələ Dieqo Simeonenin gələcəyi ilə bağlı qərar verməyib.

Tuxelin son iş yeri “Çelsi” olub. O, London klubundan bu il sentyabrın əvvəlində istefa verib.

Aut.az

Exit mobile version