AUT.AZ

Hakimə tapança tuşladı, ömürlük cəzalandı

Macarıstan futbolunda maraqlı olay yaşanıb.

Aut.Az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, sözügedən ölkənin aşağı liqasında hakimi tapança ilə nişan alan futbolçu – Kristian Tot ömürlük diskvalifikasiya edilib.

 

İnsident noyabrın 7-də qeydə alınıb. Qonaq komandanın oyunçusu olan Totun baş hakimi hədəfə aldığı fotonu sosial şəbəkədə həmin qarşılaşmadakı laynsmanlardan birinin atası görüb. O, bu barədə Macarıstan Futbol Federasiyasını (MFF) məlumatlandırıb. Nəticədə, Kristian həm ömürlük futboldan uzaqlaşdırılıb, həm də ona ölümlə hədələmə maddəsi ilə cinayət işi açılıb.

Tot komanda yoldaşlarından birinin oğluna məxsus oyuncaq tapançadan istifadə etdiyini, bunun bir zarafat olduğunu desə də, MFF qərarını dəyişməyib.

Exit mobile version