AUT.AZ

Gizlətmir – Yığmada işləmək istəyir

“Tottenhem”in sabiq baş məşqçisi Maurisio Poçettino İngiltərə yığmasına rəhbərlik etməyə hazır olduğunu gizlətmir.

Aut.az xəbər verir ki, İngiltərə mətbuatına açıqlama verən Poçettino yığmanı çalışdırmaq istədiyini bildirib.

O, hazırda gənc futbolçular yetişdirən İngiltərə akademiyalarının işində fəal iştirak etdiyini də vurğulayıb:

“Mən burada özümü rahat hiss edirəm. Nə olacağını heç vaxt bilmirsən. Bütün təkliflərə açığam, o cümlədən yığmadan gələcək təklifə də”.

Qeyd edək ki, argentinalı mütəxəssisin son iş yeri PSJ olub. O, Paris klubundan bu ilin iyulunda ayrılıb.

Aut.az

Exit mobile version