AUT.AZ

DÇ-2022: Neymarın 5 favoriti

Braziliya millisinin hücumçusu Neymar DÇ-2022-də turnirin favoriti hesab etdiyi komandaların adlarını açıqlayıb.

Aut.az xəbər verir ki, “sambaçı”, Braziliya millisinin finalda oynayacağını düşünür:

“Dünya çempionatı sürprizlərlə doludur. Elə komandalar var ki, çoxu inanmasa da, onlar əla çıxış edirlər. Məncə, favoritlər Argentina, Almaniya, İspaniya və Fransadır. Düşünürəm ki, bu dördlükdən biri Braziliya ilə birlikdə finala çıxa bilər”.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Braziliya millisi Serbiya, İsveçrə və Kamerunla eyni qrupda mübarizə aparacaq.

Exit mobile version