AUT.AZ

AÇ-yə vəsiqə üçün Qoridə – Azərbaycan millisi

Gürcüstanın Qori şəhərində 17 yaşadək oğlan voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçiriləcək.

Aut.Az xəbər verir ki, dekabrın 2-də start götürəcək çempionatda 6 ölkənin milli komandası mübarizə aparacaq.

 

Millimiz Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşanın seçmələri ilə üz-üzə gələcək. Cəlil Baxtiozinin rəhbərlik etdiyi yığma ilk oyununda Polşa komandası ilə qarşılaşacaq.

“Avro 2023”ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion Avropa çempionatının finalına vəsiqə əldə edəcək.

2 dekabr 15:00 Polşa – Azərbaycan
3 dekabr 20:00 Azərbaycan – Estoniya
4 dekabr 20:00 Latviya – Azərbaycan
5 dekabr 17:30 Azərbaycan –  Gürcüstan
6 dekabr 17:30 Ukrayna – Azərbaycan

Exit mobile version