AUT.AZ

Ronaldo üçün xüsusi pəhriz 

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo dünya çempionatı öncəsi xüsusi pəhriz saxlayır.

Aut.az “Marca”ya istinadla xəbər verir ki, futbolçunun qida rasionunun əsasını balıq, toyuq, bəzi tərəvəzlər, molyuska, yumurta, bitki yağları təşkil edir.

Ulduz futbolçularla işləmək üzrə ixtisaslaşmış aşpaz Corcio  Barone bu haqda məlumat verib:

“Pəhrizdə bahalı qidalar yoxdur. Mən mal əti, yumurta, avokado, kokos yağı və qara düyü kimi üzvi və təbii məhsullardan istifadə edirəm. Əlbəttə ki, hər şey ağır məşqlə birləşdirilir. Amma istirahət də idman və qidalanma qədər vacibdir. Şam yeməyi axşamüstü verilməlidir”.

Aut.az

Exit mobile version