AUT.AZ

Neymar Messiyə deyib ki… – Hamımız güldük  

PSJ-nin braziliyalı hücumçusu Neymar komanda yoldaşları Lionel Messi və Kilian Mbappe ilə qarşıdan gələn dünya çempionatını müzakirə edib-etmədiyi haqda danışıb.

Aut.az “The Telegrap”a istinadən xəbər verir ki, Neymar Braziliya millisində 10 nömrəli formanı geyinməyin yaratdığı  emosiyadan da danışıb:

“Hamının mundiala böyük ümid bəslədiyi, narahat olmadığı, amma həyəcanlandığı açıq-aşkar görünür. Hər kəs turnirdə oynamaq istəyir. Messi və Mbappe ilə dünya çempionatı haqqında çox danışmadıq, amma bəzən zarafatlaşırdıq. Dedik ki,  finala qədər yollarımız bir-birimizlə kəsişə bilər. Messiyə dedim ki, səni məğlub edib dünya çempionu olacağam, bundan sonra hamımız birlikdə güldük.

Braziliya millisində 10 nömrəli formanı geyindiyim zaman təzyiq altında oluram? Xeyr, çox rahatam. Mən təzyiq hiss etmirəm, əksinə, Braziliya yığmasında 10 nömrəni geyinib tarix yaza bildiyim üçün xoşbəxtəm. Onu geyən oyunçular qrupunda olmaq mənim üçün böyük qürur və şərəfdir”.

Aut.az

 

Exit mobile version