AUT.AZ

İki futbolçu millidən kənarlaşdırıldı

Yoldaşlıq oyununda Çexiya ilə qarşılaşacaq Türkiyə millisində iki futboloçu heyətdən çıxarılıb.

Aut.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi İrfan Can Kahveci (“Fənərbağça”) və Orkun Kökçü (“Feyenoord”) klubların müraciətindən sonra heyətdən çıxarılıb.

Noyabrın 19-da keçiriləcək Türkiyə – Çexiya oyunu saat 21:00-da start götürəcək.

Exit mobile version