AUT.AZ

Vingerinə qiymət kəsdi

Ukraynanın “Şaxtyor” klubu gənc yarımmüdafiəçisi Mixail Mudrikin transfer qiymətini açıqlayıb.

Aut.Az xəbər verir ki, “The Athletiс” Donetsk klubunun baş direktoru Sergey Palkindən sitat təqdim edib:

“Klublar başa düşür ki, Mudrik bahalı oyunçudur. Heç kim gəlib demir ki “onu ver, al 50 milyonu”. Amma doğru an gələcək. Mütləq hansısa böyük klub ona 100 milyon avro verəcək.

Mudrik hazırda bacarığının yalnız 60 faizini nümayiş etdirir. O, tədricən inkişaf edəcək. Buna görə də tezliklə qiyməti 100 milyona yüksələcək”.

Qeyd edək ki, 21 yaşlı vinger bu mövsüm bütün turnirlərdə 16 oyuna çıxıb, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.

Exit mobile version