AUT.AZ

Şeyxləri şoka saldı

Məşhur müğənni Şakira Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının açılış mərasiminə qatılmayacaq.

Aut.az xəbər verir ki, bu məlumatı “Marca” nəşri yayıb.

Bildirilir ki, kolumbiyalı müğənninin açılış mərasimində iştirakı ilə bağlı razılıq əldə olunubmuş. Ancaq Şakira son anda bundan imtina edib

O, Qətərin siyasi rejiminə yönələn sərt tənqidlər fonunda bu qərarı verib. Müğənni, turnirin təşkilatçılarına bildirib ki, insan hüquqlarının pozulduğu ölkəyə getmək istəmir.

Xatırladaq ki, Şakiranın “Waka Waka” mahnısı 2010-cu ildə CAR-da baş tutan mundialın rəsmi himni idi.

Exit mobile version