AUT.AZ

And-aman edir ki, nalayiq mesaj göndərməyib – Prezident

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre özünə qarşı yönəlmiş ittihamlara cavab verib.

Aut.az xəbər verir ki, “So Foot”un araşdırmalarında iddia olunurdu FFF-də təqib və seksizm mədəniyyəti mövcuddur. Xüsusilə də təşkilatın rəhbəri Noel Le Qre işçilərə nalayiq mesajlar göndərib, həmkarları ilə qadınların döşlərini  müzakirə edib.

Adının açıqlanmasını istəməyən federasiyanın keçmiş işçiləri prezidentin qeyri-adekvat davranışı, eləcə də birbaşa təqibləri ilə bağlı danışıblar.

Le Qre ittihamlara belə cavab verib:

“Xeyr, mən heç vaxt nalayiq mesajlar göndərməmişəm. Hətta onları necə yazacağımı da bilmirəm. Məndən heç bir mesaj getməyib”.

Aut.az

Exit mobile version