AUT.AZ

630 top, 30-u PFL-in, qalanı da…

Azərbaycan Premyer Liqasında və birinci divizionda çıxış edən klubların istifadəsi üçün AFFA tərəfindən Peşəkar Futbol Liqasına 630 (altı yüz otuz) ədəd top verilib.

Aut.az xəbər verir ki, Premyer Liqada çıxış edən hər bir klub üçün 30, birinci divizion komandarının hər birinə 20 top ayrılıb. Daha 30 top isə PFL üçün nəzərdə tutulub.

Xatırladaq ki, əvvəlki mövsümlərdə də klublara toplar təqdim olunub.

Exit mobile version