AUT.AZ

Üstü açıldı – Pikeyə 24 milyon veriblər

Soccer Football - LaLiga - Real Madrid v FC Barcelona - Santiago Bernabeu, Madrid, Spain - October 16, 2022 FC Barcelona's Gerard Pique is seen in the bench before the match REUTERS/Juan Medina

Jerard Pike ilə İspaniya Kral Futbol Federasiyası (RFEF) arasında İspaniya Superkuboku ilə bağlı danışıqların aparılması ilə bağlı məlumat təsdiqlənib.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “El Mundo” yayıb. Məlumata görə, “El Confidencial”ın antikorrupsiya prokurorluğu üçün hazırlanmış hesabatında bildirilir ki, RFEF inkar etsə də, Jerar Pike ilə əlaqəsi olub.

Həmçinin bildirilir ki, RFEF prezidenti Luis Rubiales və Səudiyyə Ərəbistanı “Barselona”nın keçmiş futbolçusuna 24 milyon avroluq komissiya ödənişini gizlətməyə çalışıblar.

Bu məbləğ İspaniya Superkubokunun Səudiyyə Ərəbistanında təşkili üçün ödənilib. Pike hər turnir üçün 4 milyon alıb.

“El Confidencial”ın hesabatında Rubialesin rəsmi vəzifəsindən istifadə edərək mənzilinin pulunu ödəmək üçün federasiyanın hesablarından hər ay 3100 avro çıxardığı da yer alıb. Amma  İspaniya Kral Futbol Federasiyası bu məlumatı təkzib edib.

Aut.az

Exit mobile version