AUT.AZ

Ümidlərini onun istedadına bağlayıblar

Braziliya yığmasının sabiq futbolçusu Markos Kafu dünya çempionatındakı favoritlər haqda danışıb.

Aut.az xəbər verir ki, Kafu Neymar amilini qabardaraq, Braziliyanın mundialın əsas favoriti olduğunu bildirib:

“Qətərdə keçirilən dünya çempionatı Avropanın hegemonluğunu dağıtmaq üçün mükəmməl fürsətdir. Bu, Braziliya üçün lənəti qırmaq və titul qazanmaq üçün də bir şansdır. Argentina və Braziliya iki əsas favoritdir. Onların turnirdə qalib gəlmək üçün böyük potensialı var. Braziliyanın 20 ildir çempionluq qazanmaması azarkeşlərə  təsir edir və milli komandaya inamı azaldır.  Ancaq bu il Braziliyanın geri dönəcəyini düşünürəm.

Neymar formada olduğu halda, bizim mundialın qalibi olmaq  şansımız çox yüksəkdir, çünki o, meydanda həqiqətən vacib oyunçudur. Ümidimizi onun istedadına bağlayırıq, amma o, tək oynamır. Əminəm ki, Neymar digər oyunçuları da motivasiya edəcək.

Digər favoritlər? Belçika, Danimarka, Portuqaliya və Serbiya. Nə qədər inanılmaz səslənsə də, Serbiya seçmə mərhələdə qrupunda birinci olub. Onların güclü komandası var və heç bir rəqibdən çəkinmirlər. Fransa da son dünya çempionatında olduğu kimi çox güclü olacaq”.

Aut.az  

Exit mobile version