AUT.AZ

Ronaldonu müdafiə etdi, yanına çağırdı

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem “Mançester Yunayted”də problem yaşayan Kriştiano Ronaldonu dəstəkləyir.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “The Sun” yayıb.

Mənbənin məlumatına görə, Bekhem “qırmızı şeytanlar”ın Ronaldoya münasibətini hörmətsizlik adlandırıb. O, həmçinin Kriştianonu açıq şəkildə tənqid edən “Mançester Yunayted”in bəzi keçmiş oyunçularından da narazı qalıb.

Qeyd olunur ki, Ronaldo “Mançester Yunayted”dən ayrılsa, Bekhem futbolçunu öz klubuna – ABŞ “İnter Mayami”sinə dəvət etməyə hazırdır.

Aut.az

Exit mobile version