AUT.AZ

Millimiz Türkiyə və Almaniya ilə eyni qrupda

Qadın voleybolçular arasında 2023-cü il Avropa çempionatının püşkü atılıb.

Aut.Az xəbər verir ki, İtaliyanın Napoli şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

 

Yığmamız C qrupunda Almaniya, Türkiyə, Çexiya, İsveç və Yunanıstan kollektivləri ilə mübarizə aparacaq.

Avropa çempionatı Belçika, İtaliya, Estoniya və Almaniyanın birgə ev sahibliyi ilə təşkil olunacaq.

Exit mobile version