AUT.AZ

“Mən o məktəbdən gəlirəm ki…”

“Valensiya”nın və Uruqvay millisinin hücumçusu Edinson Kavani öz nəslinin futbolçuları ilə müasir futbolçuların mentalitetini müqayisə edib.

Aut.az xəbər verir ki, Kavani “The Guardian”a müsahibəsində bildirib ki, müasir futbol öz mahiyyətini itirib:

“Bəlkə də köhnə məktəbin nümayəndəsi olduğum üçün belə düşünürəm. Ola bilər ki, müasir futbola münasibət, bunun futbolçular üçün nə demək olduğu baxımından o qədər də uyğun gəlmirəm. Mən baş verə biləcək ən gözəl şeyin komanda qələbəsi sayıldığı məktəbdən gəlirəm.

İnanıram ki, dünya çempionatını təkbaşına qazana biləcək futbolçu yoxdur. O, mövcud deyil və heç vaxt olmayacaq. Kimsə sehrli bir şey edə bilər, ancaq qaçmaq, hər şeyi vermək üçün komanda yoldaşlarına ehtiyacınız var. Bu, çox vaxt unudulur. Əvəzində bombardirdən, məşhur addan, “Qızıl top”un sahibindən danışırlar. Diqqəti, həqiqətən vacib olandan yayındırırlar.

Uruqvayda futbolçu təvazökar olmağı, zirvədən enməyi bacarır.  Müasir dünyada futbolçular eqoistdirlər, daha vacib şeyləri unudub, şəxsi mükafatlar haqqında düşünürlər. Bir gün fərdi mükafat alsam, təbii ki, sevinərəm, amma mənim üçün ən böyük xoşbəxtlik komandamın evdəki çempionluq fotosudur.

Bizim ölkədə eqoistlərə xoş münasibət göstərmirlər. Bu, bizim mədəniyyətimizdir. İş mədəniyyəti, fədakarlıq və birlik sayəsində böyük komandalara qalib gəldik. Suares, Kavani və ya bu oğlan, o oğlan deyil, Uruqvay qalib gəldi. Məqsəd qələbə qazanmaqdır. Və başa düşürük ki, heç birimiz təkbaşına heç nə qazana bilmərik”.

Aut.az 

Exit mobile version