AUT.AZ

Məmmədov ikiqat Avropa çempionudur

Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında veteran kikboksçu Eduard Məmmədov ikiqat Avropa çempionu olub.

Aut.az xəbər verir ki, 63 kq çəki dərəcəsində döyüşən Məmmədov “Light Contact”da Qabor Çeytey (Macarıstan) və “Kick light”də Sqro Simone Kaloceroya (İtaliya) qalib gələrək veteran kikboksçular arasında Avropanın ən güclüsü adını qazanıb.

Bunadək Eduard Məmmədov veteranlar arasında üçqat dünya çempionu idi.

Exit mobile version