AUT.AZ

İrqçi təhqirlərə məruz qaldı

Fransa millsinin və “Real”ın yarımmüdafiəçisi Edaurdu Kamavinqa irqçi təhqirlərə məruz qalıb. 

Aut.Az xəbər verir ki, buna səbəb yığmanın məşqində onun kobud davranışı zamanı komanda yoldaşı Kristofer Nkunkunun zədələnməsidir.

Kamavinqa ilə toqquşma nəticəsində ciddi xəsarət alan Nkunku DÇ-2022-ni buraxmalı olacaq. Bu səbəbdən fransalı azarkeşlər Kavaminqaya qəzəblənərək sosial şəbəkə üzərindən futbolçunu təhqir ediblər.

Qeyd edək ki, Fransa millisinin dünya çempionatı üçün sifariş ərizəsində Nkunkunu “Ayntraxt”da çıxış edən Randal Kolo Muani əvəz edəcək.

Xatırladaq ki, son dünya çempionu Fransa DÇ-2022-də D qrupunda Avstraliya, Danimarka və Tunislə mübarizə aparacaq.

Exit mobile version