AUT.AZ

İlyasdır – DÇ-in ən balacaboy futbolçusu

FİFA Qətərdə keçiriləcək dünya çempionatı üçün bütün yığmaların heyətlərini təsdiqləyib.

Aut.az xəbər verir ki, bundan sonra komandalar iştirak ərizələrinə müdaxilə edə bilməyəcəklər. Beləliklə, Mərakeş millisinin yarımmüdafiəçisi İlyas Şair qarşıdan gələn dünya çempionatının ən balacaboy futbolçusu olub.

Onun boyu cəmisi 164 sm-dir.Siyahıda ikinci yerdə, boyu 166 sm olan yaponiyalı hücumçu Yuki Soma qərarlaşıb. .Üçüncü sırada dörd oyunçu var: Alexandro Qomes (Argentina), Uriel Antuna (Meksika), Andres Quardado (Meksika) və Nikolas de la Kruz (Uruqvay). Bu oyunçuların boyu 167 sm-dir.

Dünya çempionatı noyabrın 20-də başlayacaq. Turnirin açılış oyununda Qətər və Ekvador milliləri qarşılaşacaq. Final qarşılaşması dekabrın 18-də baş tutacaq.

Aut.az

Exit mobile version