AUT.AZ

Futbolçularımız İrandakı etirazlara dəstək verə bilərlər – Keyruş 

İran yığmasının futbolçuları Qətərdə keçirilən dünya çempionatı zamanı öz ölkələrində keçirilən etiraz aksiyalarına dəstək verə bilərlər.

Aut.az “Iran Wire” istinadən xəbər verir ki, bunu İran millisinin baş məşqçisi Karluş Keyruş deyib:

“Dünya çempionatının qaydalarına və oyunun ruhuna uyğun olması şərti ilə, oyunçular hər hansı digər ölkənin futbolçuları kimi etiraz etməkdə sərbəstdirlər. Amma siz futbol meydançasında da öz mövqeyinizi göstərə bilərsiniz. Oyunçularımız yalnız bir şey – pley-off mərhələsinə vəsiqə qazanmaq haqda düşünürlər”.  Xatırladaq ki, sentyabr ayında 22 yaşlı Məhsa Əmini Tehranda “əxlaq polisi” tərəfindən saxlandıqdan bir müddət sonra ölüb. Onun ölümü ölkədə bu günə qədər davam edən etiraz və iğtişaşlara səbəb olub.

Aut.az 

Exit mobile version