AUT.AZ

Mundialda ən çox baş məşqçi ilə təmsil olunan ölkələr

DÇ-2022-də ən çox baş məşqçi ilə təmsil olunan ölkələrin adları bəllidir.

Aut.Az xəbər verir ki, bunlar hərəyə 3 mütəxəssislə Argentina, Portuqaliya və İspaniyadır.

 

Argentinalı Lionel Skaloni ölkəsinin yığmasında işləyirsə, onun həmyerlilərindən Qustavo Alfaro Ekvador, Gerardo Martino Meksikanı oyunlara çıxarır.

Portuqaliyalı Fernandu Santuş ikinci dəfə ölkəsinin komandası ilə mundiala qatılıb. Digər portuqaliyalılar Karluş Keyroş İran, Paulo Bento Cənubi Koreya seçməsini çalışdırır.

İspaniya millisi də yerli mütəxəssisə – Luis Enrikeyə güvənir. Digər ispaniyalılar – Roberto Martines Belçika, Feliks Sançes isə Qətər yığmasında əsas söz sahibidir.

Ölkəsi turnirdə iştirak etməyən kolumbiyalı Luis Fernando Suares isə Kosta-Rika yığmasının baş məşqçisidir.

Mütəxəssislərin tam siyahısı isə belədir:

Argentina – Qustavo Alfaro (Ekvador), Cerardo Martino (Meksika), Lionel Skaloni (Argentina)

Portuqaliya – Paulo Bento (Cənubi Koreya), Karluş Keyroş (İran), Fernandu Santuş (Portuqaliya)

İspaniya – Roberto Martines (Belçika), Feliks Sançes (Qətər), Luis Enrike (İspaniya)

İngiltərə – Con Herdman (Kanada), Qaret Sautgeyt (İngiltərə)

Fransa – Herve Renard (Səudiyyə Ərəbistanı), Didye Deşam (Fransa)

Avstraliya – Qraham Arnold (Avstraliya)

Braziliya – Tite (Braziliya)

Kamerun – Riqobert Sonq (Kamerun)

Xorvatiya – Zlatko Daliç (Xorvatiya)

Kolumbiya – Luis Fernando Suares (Kosta-Rika)

Danimarka – Kasper Yulmann (Danimarka)

Almaniya – Hans-Diter Flik (Almaniya)

Qana – Otto Oddo (Qana)

Yaponiya – Moriyasu Hadzime (Yaponiya)

Mərakeş – Valid Reqraqi (Mərakeş)

Niderland – Lui Van Qal (Niderland)

Polşa – Çeslav Mixneviç (Polşa)

Seneqal – Aliu Sisse (Seneqal)

Serbiya – Draqan Stoykoviç (Serbiya)

İsveçrə – Murat Yakın (İsveçrə)

Tunis – Jalel Kadri (Tunis)

ABŞ – Qreqq Berhalter (ABŞ)

Uruqvay – Dieqo Alonso (Uruqvay)

Uels – Rob Peyc (Uels)

Qeyd edək ki, DÇ-2022 20 noyabr – 18 dekabr aralığında Qətərdə keçiriləcək.

Exit mobile version