AUT.AZ

Daha bir məşhur futbolçu getdi

İngiltərə millisinin və “Çelsi”nin keçmiş futbolçusu Qari Keyhill karyerasını başa vurub.

Aut.az xarici KİV-ə istinadən xəbər verir ki, Keyhill 37 yaşında futbolla vidalaşıb.

Keyhill 2012-2019-cu illərdə “Çelsi”də çıxış edib. O, “zadəganlar”la iki dəfə İngiltərə Premyer Liqasının, bir dəfə UEFA Çempionlar Liqasının və Avropa Liqasının qalibi olub.

Keyhill son olaraq “Bornmut”da çıxış edib.

Exit mobile version