AUT.AZ

Cəzalandı

“Roma”nın baş məşqçisi Joze Mourinyo 2 oyunluq diskvalifikasiya olunub.

Aut.az xəbər verir ki, portuqaliyalı mütəxəssis İtaliya A seriyanın 15-ci turunun “Torino” ilə matçında (1:1) hakimin qərarlarına qarşı emosional çıxışlar sərgilədiyinə görə qırmızı vərəqə alıb.

Mourinyo “Bolonya” (4 yanvar) və “Milan”la (8 yanvar) matçlarda texniki zonada olmayacaq.

İtaliya çempionatında 15 turdan sonra “Roma” 27 xalla 7-ci pillədə qərarlaşıb.

Exit mobile version