AUT.AZ

Böyük Britaniya və İrlandiya Türkiyəyə rəqib oldu

Böyük Britaniya və İrlandiya 2028-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək üçün birgə ərizə təqdim ediblər.

Aut.az xəbər verir ki, bu barədə məlumat İngiltərə Futbol Assosiasiyasının saytında verilib.

Turnirin İngiltərə, Şotlandiya, Uels, Şimali İrlandiya və İrlandiyanın 14 stadionunda keçirilməsi təklif olunur.

10 stadionun olacağı yekun siyahının UEFA-ya 2023-cü ilin aprelində təqdim edilməsi planlaşdırılır. Türkiyə də turnirə ev sahibliyi etmək iddiasındadır.

Bundan əvvəl Rusiya da turnirə ev sahibliyi etmək üçün müraciət etsə də, UEFA tərəfindən rədd edilib.

Aut.az

Exit mobile version