AUT.AZ

“Bavariya” onu səfir göndərir

Fransa yığmasının və “Bavariya”nın sabiq yarımmüdafiəçisi Frank Riberi Almaniya klubunun səfiri olmağa hazırlaşır.

Aut.az “Sport Bild”ə istinadən xəbər verir ki, artıq tərəflər arasında ilk danışıqlar aparılıb. Riberi səfir olmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, “Bavariya”nın sabiq futbolçuları – Covanni Elberlə Klaudio Pizzaro da Münhen nəhənginin səfirləri kimi fəaliyyət göstərirlər.

Xatırladaq ki, bu il oktyabrın sonunda Riberi peşəkar karyerasını başa vurduğunu elan etmişdi. Fransız futbolçunun son klubu “Salernitana” olub. Hazırda Riberi İtaliya klubunun məşqçilər korpusunda çalışır.

Aut.az

Exit mobile version