AUT.AZ

35 imam ona görə Məscidə yığışdı

Qətərdə keçiriləcək dünya çempionatı öncəsi zədələnən, buna baxmayaraq, dünya çempionatına yollanacaq heyətə daxil edilən futbolçu üçün 35 kəndin məscid imamı bir araya gəlib.

Aut.az xəbər verir ki, söhbət Seneqal millisinin hücumçusu Sadio Manedən gedir.

“Bavariya”nın futbolçusunun tez sağalmasına yardım etmək üçün məscid imamları onun doğulduğu Bambali kəndinə gəliblər.

Orada ulduz futbolçunun tikdirdiyi məsciddə Sadio Manenin tez sağalması üçün dualar oxuyublar, 45 dəfə Quranı xətm ediblər.

İmamlar bildiriblər ki, Seneqalda bir neçə məscid tikdirən Mane üçün dualarının tezliklə tanrı tərəfindən qəbul olunacağına inanırlar.
Qeyd edək ki, Mane noyabrın 8-də “Verder”lə oyunda zədələnib.

Exit mobile version