AUT.AZ

3 oyunluq cəzalandı – Derbidə də oynamayacaq

“Barselona”nın hücumçusu Rober Levandovski İspaniya La Liqasının 3 oyununu buraxacaq.

Aut.Az xəbər verir ki, informasiyanı “Marca” yayıb

 

Mənbə polşalı forvardın “Osasuna” ilə çempion matçında (2:1) aldığı qırmızı vərəqəyə görə La Liqanın İntizam Komitəsi tərəfindən cəzalandırıldığını vurğulayıb. Xəbərdə 34 yaşlı futbolçunun qovulandan sonra hakimə etdiyi jestin 3 oyunluq diskvalifikasiyanın əsas səbəbi olduğu bildirlib.

Bu isə o deməkdir ki, Robert “Espanyol”la Barselona derbisini (31 dekabr), eləcə də “Atletiko Madrid” (8 yanvar) və “Real Betis”lə (14 yanvar) görüşləri kənardan izləyəcək.

Exit mobile version