AUT.AZ

Yoqa təlimçisini də Qətərə aparırlar

48 yaşlı yoqa təlimçisi və sağlamlıq üzrə məşqçi Vinay Menon Belçika millisinin heyətində DÇ-2022-də iştirak edəcək.

Aut.az xəbər verir ki, Menon futbol dünyasında yeni sima deyil. O, əvvəllər “Çelsi”nin keçmiş futbolçuları Eden Hazard, Tibo Kurtua, Romelu Lukaku və Mişi Batşuayi ilə çalışıb.

DÇ-2022 ərəfəsində Belçika 15 noyabrda İraqla, 18 noyabrda isə Misirlə yoldaşlıq oyunu keçirəcək.

Belçika millisi DÇ-2022-nin F qrupunda Xorvatiya, Mərakeş və Kanada ilə qarşılaşacaq.

Exit mobile version