AUT.AZ

Xalqa səsləndi – Kapitana inana bilərsiniz

Belçika yığmasının futbolçusu Eden Hazard dünya çempionatından gözləntiləri haqda danışıb.

Aut.az xəbər verir ki, Eden hələ də yüksək səviyyədə oynaya biləcəyinə əmin olduğunu bildirib:

“İnsanlar mənim keyfiyyətlərimə şübhə edirlər, buna gərək yoxdur. İki-üç ildə sıfıra düşmədim. Mən Belçika xalqına göstərmək istəyirəm ki, kapitanlarına arxalana bilərlər.  Məqsədimiz mümkün qədər uzağa getməkdir.

Mənə elə gəlir ki, hələ də özümü göstərə bilərəm. Bu da mənə əlavə güc verir. Kifayət qədər çağırışlarım var: bu, mənim üçüncü dünya çempionatım olacaq. Bu mundialda bütün bacarığımı ortaya qoymaq istəyirəm”.

Aut.az

Exit mobile version