AUT.AZ

Ronaldoya görə yığışdılar – Ten Haq qərarını dedi

Kriştiano Ronaldonun “Mançester Yunayted”dəki karyerasına son qoyula bilər.

Aut.az xəbər verir ki, bu barədə məlumatı ESPN yayıb. Bildirilir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq klub rəhbərliyi ilə görüşüb və orada portuqaliyalı futbolçunun qalmaqallı müsahibəsi müzakirə edilib. Hollandiyalı mütəxəssis rəhbərliyə bildirib ki, Kriştiano bu müsahibədəki fikirləri ilə çox uzağa gedib və daha komandada oynaya bilməz.

Hazırda “Mançester Yunayted” bu vəziyyətdə ən yaxşı həll yolunu seçmək üçün hüquqi məsləhətləşmələr aparır. Ten Haq əmindir ki, Ronaldo yaxşı formadadır və mövsümün ikinci hissəsində komandaya kömək edə bilər. Amma baş məşqçi bunun üçün komandadaxili birliyi qurban vermək istəmir və uyğun əvəzləyici tapa bilməsə belə, onu yanvarda buraxmağa hazırdır.

Aut.az

Exit mobile version