AUT.AZ

Ronaldonu belə ələ salan olmamışdı

Şimali Premyer Liqanın (İngiltərə) Premyer Divizionunda çıxış edən “Blayt Spartans” Kriştiano Ronaldonu transfer etmək istəyir.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “Goal.com” yayıb. “Blayt Spartans” artıq “Mançester Yunayted”ə rəsmi təklif də göndəriblər.

Onlar portuqal futbolçuya görə bir litr pivə və piroq təklif ediblər.

Xatırladaq ki, 37 yaşlı portuqaliyalı bir neçə gün əvvəl verdiyi müsahibədə “Mançester Yunayted” rəhbərliyini və baş məşqçi Erik ten Haqı kəskin tənqid edib.

O da bildirilir ki, Kriştiano Ronaldonun vəkilləri “Mançester Yunayted”lə 2023-cü ilin yayına qədər qüvvədə olan müqaviləyə xitam verilməsi üzərində işləyirlər.

Aut.az

 

Exit mobile version