AUT.AZ

Qiyməti açıqlandı – “Real” strategiya hazırladı

“Mançester Siti”nin hücumçusu Erlinq Haalandı 2024-cü ilin yayında transfer etmək istəyənlər 180 milyon avro ödəməli olacaqlar.

Aut.az xəbər verir ki, bu barədə məlumatı AS yayıb. Bildirilir ki, 22 yaşlı futbolçunun transferində əsas iddiaçı “Real”dır.

Qeyd olunur ki, Haaland İngiltərə klublarına satılmayacaq. Bu da “Real”ın işinə yarayır. İkincisi, “Real” bu mövsüm Haalandı narahat etməyəcək. Klub anlayır ki, keçid üçün ən vacib şey futbolçunu razı salmaqdır. “Kral klubu”nun xüsusi strategiyası da məhz bu istiqamətdə hazırlanacaq.

Əslində Haaland bu yay “Real”a keçmək istəyirdi, lakin “kral klubu”nun rəhbərliyi Kilian Mbappeyə stavka etdi, lakin sonda onu transfer edə bilmədilər. İndi İspaniya nəhəngi 2024-cü ilin yayında Haalandı almağa diqqət yetirir, çünki böyük ehtimalla, Kərim Benzema həmin vaxt komandanı tərk edəcək.

Aut.az

 

 

Exit mobile version