AUT.AZ

Qəribə fanat kortejinin sirri

Son günlər sosial şəbəkələrdə müxtəlif ölkələrdən olan yüzlərlə insanın İngiltərə, Argentina, Almaniya və Braziliya da daxil olmaqla top-komandaların formaları ilə Qətər küçələrində gəzdiyi videolar yayılıb.

Aut.az “Sport” nəşrinə istinadən xəbər verir ki, “Qatar Living” agentliyinin marketinq və ictimaiyyətlə əlaqələr üzrə meneceri Mohamed Nudin məsələyə aydınlıq gətirib:

“Onlar burada çalışan insanlardır və həmin ölkələri azarkeş kimi təmsil edirlər. Məsələn, onlar Argentinanı sevirlər, ona görə də bu ölkənin müvafiq fan-qrupuna qoşulublar. Bütün azarkeşlər  tikintidə çalışan miqrant işçiləridir? Xeyr, onlar müxtəlif peşə sahibləridir. Məsələn, mühəndislər, restoran sahibləri və ya biznes menecerləri var. Amma təbii ki, tikinti sənayesində və ya təmizlik sənayesində çalışan insanlar da var.

Məsələn, hindistanlısınızsa,  deməli, dünya çempionatının final mərhələsində ölkənizi dəstəkləmək şansınız yoxdur. Məhz buna görə də Qətərdə olan bir çox hindistanlılar digər milli komandaları dəstəkləməyə üstünlük verirlər. Onlar, əsasən bəyəndikləri futbol ulduzuna görə komanda seçirlər”.

Aut.az

Exit mobile version