AUT.AZ

O, kasıbların tiryəkidir

“Roma”nın sabiq idman direktoru Valter Sabatini “canavarlar”ın baş məşqçisi Joze Mourinyo haqda fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, Sabatini “Football Italia”ya açıqlamasında,  həmçinin “Sassuolo” ilə matçda (1:1) səhvə yol verən Rik Karsdorpun portuqaliyalı mütəxəssisinin kəskin tənqidinə tuş gəlməsinə də münasibət bildirib. Niderlandlı futbolçu artıq özünə yeni klub axtarmağa başlayıb:

“O, mütəmadi olaraq konsert verir və bütün bunlar jurnalistlər üçündür. Joze ilk dəfə Romaya gələndə dedim ki, o, kasıbların tiryəkidir. Mən haqlı çıxdım. “Portu”da etdiklərinə görə ona heyran idim, amma sonrakı uğurlarına laqeydəm.

Oyunçuları tənqid etmək normaldır, amma Karsdorp kimi oyunçunu lağ hədəfinə çevirirsənsə, onun rahat çalışmasını  mümkünsüz edirsən. Bu adam yəqin ki, bir daha “Roma”da normal həyat sürməyəcək. Belə vəziyyətdə tamamilə başqa cür də davranmaq olardı”.

Aut.az

Exit mobile version