AUT.AZ

Leonun favoritləri

Argentina millisinin və PSJ-nin superulduzu Lionel Messi kapitanı olduğu millidən və DÇ-2022-nin digər favoritlərindən danışıb.

Aut.Az xəbər verir ki, “Mundo Deportivo” 35 yaşlı hücumçunun dediklərini belə çatdırıb:

 

“Dünya çempionatında istənilən rəqiblə oynamaq çətindir. Unutmayaq ki, biz Avropa təmsilçiləri ilə çox matç keçirməmişik. Hərçənd Avropadan olan yığmalar da bizə qarşı oynamağı sevmirlər. Onlar Cənubi Amerika komandaları ilə görüşlərdə çətinlik çəkirlər.

Düşünürəm ki, Qətərə yaxşı vaxtda gəlmişik. Amma Argentinanı vaxtından əvvəl çempion sayanlara fikir verməyə dəyməz. Sərsəm düşüncələri başımızdan atmağa məcburuq. Turnirdə addım-addım irəliləmək lazımdır.

Fransa millisi? Bu kollektiv baş məşqçisi və heyətindəki adlara görə çox qorxulu görünür. Braziliyanın da çox səviyyəli futbolçulardan qurulmuş komanda olduğunu unutmamalıyıq. Düzdür, müəyyən balans problemindən əziyyət çəkirlər. Ancaq onların Neymarı var”.

Exit mobile version