AUT.AZ

Messi bütün həyatı boyu o qadınla münasibəti düşünüb

Lionel Messi populyarlığın mənfi tərəflərindən danışıb.

Aut.az xəbər verir ki, Leo “Universo Valdano”ya müsahibəsində populyarlıqdan bezdiyini bildirib:

“Messi olmağın mənfi cəhətləri var. Bir çox hallarda gözə görünmək istəməzdim. Özünüzə diqqət çəkməyin, “məni daim izləyirlər” kimi hiss formalaşdırmayın. Mən artıq buna öyrəşmişəm.

Ailə və uşaqlar həmişə mənim sığınacaq yerim olub. Həyat yoldaşımı 7-8 yaşından tanıyıram. Bütün həyatım boyu onunla münasibətimi düşünmüşəm.

Ailəm və həyat yoldaşım, ehtiyacım olanda mənə məsləhətlər verirlər. Dostların və ya ailəmin yanında olanda mən Messi deyiləm, sadəcə başqa bir insanam. Mənim üçün ən yaxşısı ailəmlə Argentinada istirahət etməkdir”.

Aut.az

 

 

Exit mobile version