AUT.AZ

Karyerasını bitirdi

İngiltərə millisinin və “Tottenhem”in sabiq futbolçusu Aaron Lennon karyerasını bitirib.

Aut.az xəbər verir ki, bu barədə 35 yaşlı yarımmüdafiəçi özü sosial şəbəkə hesabında məlumat yayıb. O, futbolçu karyerasını sonlandırdığını bildirib.

Son klubu “Bernli” olan Lennon daha əvvəl Türkiyədə “Kayserispor”, İngiltərədə “Everton”, “Tottenhem”, “Lids” kimi klublarda forma geyinib. O, İngiltərə yığmasında 21 oyuna çıxıb.

Exit mobile version