AUT.AZ

Futbolda ağlasığmaz milyardlar – G20 sammitində açıqlandı

FİFA prezidenti Canni İnfantino futbolun milyardlarla dollarlıq gəlirindən danışıb.

Aut.az xəbər verir ki, İnfantino İndoneziyada G20 sammitində çıxış edib:

“Hörmətli liderlər, siz dünyanın ən böyük iqtisadiyyatlarını təmsil edirsiniz, icazə verin, futbolda iqtisadiyyat haqqında bir neçə kəlmə deyim. Ola bilsin ki, bilmirsiniz, amma qlobal futbolun ÜDM-i az qala 300 milyard dollardır, futbol azarkeşlərinin 90%-i Avropadadır, ÜDM-in 70%-i Avropada istehsal olunur.

Əgər dünyanın qalan hissəsi Avropanın istehsal etdiyinin ən azı yarısını istehsal edərsə, qlobal iqtisadiyyatın potensialını təsəvvür edin. Bu, futbolun ÜDM-inə daha 200 milyard və ya 300 milyard dollar əlavə edəcək. Bu da 3-4 milyon yeni iş yeri açacaq və gəlir fərqini aradan qaldıracaq.

Amma futbol iqtisadiyyatdan, idmandan daha böyükdür. Futbol ehtiras, təhsil, tolerantlıqdır, uşaqlarımıza və gələcəyimizə sərmayədir”.

Aut.az 

 

Exit mobile version