AUT.AZ

Atəşi dayandırın!

FİFA prezidenti Canni İnfantino Qətərdə keçiriləcək dünya çempionatı ərzində Rusiya və Ukraynaya atəşkəs çağırışı edib.

Aut.az xəbər verir ki, İndoneziyanın Bali adasında davam edən G20 Liderlər Zirvəsində İnfantino Rusiya və Ukraynaya müraciət edib.

FIFA bundan başqa, Lionel Messi və Kriştiano Ronaldonun da iştirak etdiyi “Futbol Dünyanı Birləşdirir” layihəsinə start verib.

İnfantino dünən təşkil edilən rəsmi görüşdə mundial üçün atəşkəs çağırışı edib. O, futbolundan idmandan daha artıq bir şey olduğunu ifadə edərək, bunları deyib:

“Hamınızdan xahişim dünya çempionatı ərzində 1 ay müvəqqəti də olsa, atəşkəsi düşünməyinizdir. Siz dünya liderlərisiz, tarixin gedişatına təsir etmək bacarığınız var. Müharibəni sonlandırmağa başlamaq üçün bu fürsəti dəyərləndirək”.

Mundial noyabrın 20-dən dekabrın 18-nə qədər olacaq.

Bu ilin fevralında Rusiya Ukraynaya hücum edib və müharibə hələ də davam edir.

Exit mobile version