AUT.AZ

Ayağını da itirsə, başı da kəsilsə, gedəcək

Serbiya millisinin çalışdırıcısı Draqan Stoykoviç “Fulhem”in hücumçusu Aleksandr Mitroviç haqqında danışıb.

Aut.az xəbər verir ki, Mitroviç hazırda zədəlidir. Amma buna baxmayaraq, Stoykoviç deyib ki, o, DÇ-yə gedəcək:

“Mən onun əsa ilə gəzdiyini eşitdim. Lakin hələ özünü görməmişəm. Amma onu bilirəm ki, başı kəsilsə belə, dünya çempionatına gedəcək. Bu axşama qədər iştirak ərizəsində dəyişiklik edə bilərik. Amma güman etmirəm ki, buna lüzum olacaq.

O, ayağını itirsə də Qətərə gedəcək. Davranışını, çıxışını və xarakterini nəzərə alsaq, Mitroviç dünya çempionatına getməyə layiqdir”.

Serbiya millisinin baş məşqçisi “Fulhem”in hücumçusunun zədəli ola-ola yığmada necə oynadığını xatırlayıb:

“Belə vəziyyətdə çoxları oynamazdı, amma Mitroviç bunu etdi. Ona görə də onun Qətərə gedəcəyinə heç bir şübhəm yoxdur”.

Aut.az  

 

Exit mobile version