AUT.AZ

Amini zədələdi – Təhqir edirlər, meymun emojisi göndərirlər

“Monako”nun müdafiəçisi Aksel Disasi irqi təhqirə məruz qalıb.

Aut.az xəbər verir ki, Fransa çempionatının 15-ci turunda “Monako” – “Marsel” qarşılaşmasında (2:3) Disasi ilə toqquşan  “Marsel”in yarımmüdafiəçisi Amin Harit zədələnərək meydanı tərk edib.

Mərakeşliyə dizin çarpaz bağının zədələnməsi diaqnozu qoyulub. O, uzun müddətə sıradan çıxıb və Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq.

Mərakeş millisinin azarkeşləri bundan sonra sosial şəbəkələrdə Disasi təhqir ediblər, ona meymun emojisi göndəriblər, onu “çirkli qara” adlandırıblar.

Aut.az

Exit mobile version