AUT.AZ

UFC-in məşhur döyüşçüsü öldü – Nadir xəstəlikdən

Sabiq UFC döyüşçüsü Entoni Conson nadir immun sistemi xəstəliyindən 39 yaşında ölüb.

Aut.az xəbər verir ki, Entoni qeyri-Hodgkin lenfomasının səbəb olduğu orqan çatışmazlığından dünyasını dəyişib.

Conson 2017-ci ildə UFC-də karyerasını bitirdiyini elan edib. Bundan sonra o, dörd il qəfəsdən kənarda qalıb. 2021-ci ildə “Bellator”da döyüşüb  və Xose Auqusto Azevedo Barrosu nokautla məğlub edib və bir daha MMA-da yarışmayıb.

O, peşəkar karyerası ərzində 29 döyüşə çıxıb, 23-də qalib gəlib.

Aut.az

Exit mobile version