AUT.AZ

Ronaldonun müsahibəsi MY-ni qarışdırdı – Anlamırlar

“Mançester Yunayted”in futbolçuları və baş məşqçisi Erik Ten Haq Kriştianu Ronaldonun müsahibəsindən “Fulhem”lə səfər oyunundan (2:1) sonra Londondan Mançesterə uçmağa hazırlaşarkən xəbər tutublar.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “Tvitter”də “Sky Sports”un müxbiri Kave Solxekol yayıb. Mənbənin sözlərinə görə, “Yunayted”də Ronaldonun sözlərindən son dərəcə məyus olublar. Klub rəhbərliyi bundan sonra portuqaliyalı hücumçunun komandadakı gələcəyi ilə bağlı bütün mümkün variantları nəzərdən keçirəcək.

“Mançester Yunayted” hesab edirlər ki, Ronaldon kluba, məşqçiyə və komanda yoldaşlarına hörmətsizlik edib. Rəhbərlik və oyunçular onun niyə belə dediyini anlamırlar. Axı Ronaldo “Tottenhem”lə oyunda meydana çıxmaqdan imtina etdikdən sonra da ona hörmətsizlik edilməyib.

Qeyd edək ki, Ronldo müsahibəsində bildirib ki, onu zorla klubdan qovmağa çalışırlar:

“Sadəcə baş məşqçi yox, klubda olan digərləri də. Klub tərəfindən mənə xəyanət edildi. Bəziləri məni “Mançester Yunayted”də görmək istəmir, bu, təkcə bu mövsüm deyil, ötən mövsümdə də belə idi. Erik ten Haqa heç bir hörmətim, sayğım qalmadı. Çünki o, mənə hörmət etmir”.

Aut.az

Exit mobile version