AUT.AZ

Qurban Qurbanov: “Məşqçi olmasaydım, bu turnirdə futbolçu kimi oynayardım”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov minifutbol üzrə Azərbaycan çempionatının püşkatma mərasimində iştirak edib.

Aut.az xəbər verir ki, 50 yaşlı mütəxəssis minifutbolla bağlı fikirlərini bildirib, komandalara uğurlar arzulayıb:

“Burada olmaq çox xoşdur. İlk dəfədir ki, belə tədbirdə iştirak edirəm. Komandamız Avropa çempionu olanda izləmişdik, çox sevinmişdik. Bakıda çox böyük sevinc var idi, hamı şəhərdə komanda ilə idi . Orxan bəyə belə layihəyə görə təşəkkür edirəm. Hamımız qeyri-peşəkar deyirik. Amma bu, ən sevilən idman növlərindən biridir. Çempionluq əldə olunsa, bəlkə də gələcəkdə futbolumuz üçün çox böyük təkan olacaq. Qeyri-peşəkar turnirdə Avropa çempionu oluruq, ölkə başçısı komandanı qəbul edirsə, bu, böyük təkan olacaq. Hər birinizə təşəkkür edirəm. Çox maraqla, sevə-sevə baxırdım oyununuza. Buradakı komandaları gördüm, “Dəmir Yumruq”, “Birbaşa”. İmkan olanda bəzi oyunları izləməyə gələcəm. Həmin matçlara baxanda, bizim futbolda görmədiyimiz epizdolar olurdu. Liqa oyunlarına baxmağa çalışacam. Keçmiş futbolçularımı gördüm, Vaqif Cavadov, Ruslan Abışovu. Rəşad Sadıqovla da təmasda oluram. Burada hamını görmək xoş oldu. Bəzi oyunçular var ki, “Qarabağ”da oyayıblar, indi minifutbolda çıxış edirlər. Məşqçi olmasaydım, bu turnirdə futbolçu kimi oynayardım. Dünya çempionatında milli komandaya uğurlar arzulayıram”.

Exit mobile version