AUT.AZ

Onu yalnız bu 3 nəfər müdafiə edəcək

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager Kriştiano Ronaldonun “Mançester Yunayted”i tənqid edən müsahibəsi haqda danışıb.

Aut.az xəbər verir ki, Karrager MY azarkeşlərinin baş məşqçini müdafiə edəcəklərinə inandığını bildirib. O, sosial şəbəkədə belə yazıb:

“Ronaldo baş məşqçiyə hörmət etmədiyini söyləyib. O, ayrılmaq istədiyini bildirir, əvəzetmədən meydana çıxmaqdan imtina edir, oyun başa çatmamış ehtiyat oyunçular skamyasını tərk edir və stadiondan çıxır.

Əminəm, “Yunayted” azarkeşlərinin 99%-i Ten Haqın tərəfində olacaq. Bu da onu göstərir ki, Ronaldo hazırkı situasiyanı olduqca pis idarə edib. Onu cəmisi 1%  – Rio Ferdinand, Roy Kin və Patris Evra müdafiə edəcək”.

Aut.az

Exit mobile version