Dünya futbolu

“Neftçi”nin futbolçusunu da çağırdılar

“Neftçi”nin müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan milli komandasına dəvət olunub.

Aut.az xəbər verir ki, 30 yaşlı futbolçu millinin BƏƏ-də keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.

Gürcüstan yığması komandası toplanış çərçivəsində noyabrın 17-də Mərakeş millisi ilə üz-üzə gələcək.

Kvirkveliya Gürcüstan milli komandasının heyətində 46 oyun keçirib.