AUT.AZ

Messi PSJ-də kiminlə dostluq edir?

Lionel Messinin PSJ-də kiminlə dostluq etdiyi bəlli olub.

Aut.az “Le Parisien” nəşrinə istinadən bildirir ki, Leo Marko Verratti ilə dostluq edir. İki oyunçu arasındakı dostluq Messinin PSJ-yə keçməsindən əvvəl, onların ortaq dostları, xüsusən də Esekiel Lavessi və qarşılıqlı hörmət sayəsində başlayıb.

Messi Parisə gələndən sonra Verratti ona Fransadakı həyata uyğunlaşmağa hamıdan çox kömək edib. Onlar, adətən öz aralarında ispan dilində ünsiyyət qururlar, amma Veratti Leoya fransız dilini anlamaqda da kömək etdi.

PSJ-nin soyunub-geyinmə otağında yanaşı oturan futbolçular tez-tez müzakirə aparır, zarafat edirlər. Argentinalı və italiyalının taktika ilə bağlı fikirləri oxşardır, Messi Verrattinin oyun tərzini və yumor hissini bəyənir.

Aut.az

Exit mobile version