AUT.AZ

Messi Enrike ilə niyə mübahisə edibmiş?

PSJ-in futbolçusu Lionel Messi “Barselona”da oynayarkən Luis Enrike ilə mübahisə etməsindən danışıb.

Aut.az xəbər verir ki, argentinalı “Vamos”a verdiyi müsahibədə 2015-ci ildə  “Barselona”nın “Real Sosyedad”la qarşılaşmasından (0:1) əvvəl yaşanan vəziyyətdən danışıb. Messi matça ehtiyat oyunçular skamyasında başlayıb və fasilədən sonra meydana daxil olub:

“Argentinadan tətildən qayıtmışdım. Yanvarın 2 və ya 3-də oynayırdıq, dəqiq xatırlamıram. Məni ehtiyat oyunçular skamyasına göndərdilər. Buna görə mübahisə etdik. Özü də bu mübahisəmiz uzun müddət sürdü.

Amma sonra onunla heyrətamiz bir münasibətimiz formalaşdı.  Enrike getmək qərarı verəndə, qalmasını da xahiş etdim”.

Aut.az

 

Exit mobile version